SimilarWeb analitik şirkəti 187 ölkə arasında sorğu keçirmiş və Androidlər üçün ən məşhur mesajlaşma proqramının WhatsApp olduğunu müəyyən etmişdir.



WhatsApp 109 ölkənin populyarlıq reytinqinə başçılıq edir ki, bu da qlobal bazarın 55.6%-ni təşkil edir. İkinci yeri 49 ölkədə olmaqla Facebook Messenger tutur.



Hər iki proqram Viber, Line, WeChat və Telegram kimi mesencerləri xeyli qabaqlayır. Bu siyahıdan yalnız Viber 10-dan artıq ölkələrdə ən məşhur proqram olmuşdur. Bəzi proqramlar isə yalnız bir ölkədə populyardır: məsələn, KakaoTalk - Cənubi Koreyada və BBM - İndoneziyada.