Media analitik şirkəti NetBase, 50 ölkənin sosial şəbəkələrində 6,5 milyon postu təhlil edərək, avropalıların ən sevimli brendləri reytinqini tərtib edib.
20. MasterCard — 33,202
MasterCard kimi maliyyə şirkəti intensiv reklam və sponsorluq aksiyaları keçirməklə müsbət mesajlar almağa müvəffəq olub. Belə layihələrdən biri məşhur müğənni və aktyor Justin Timberlake-in iştirak etdiyi #Pricelesssuprises layihəsidir.
19. Burberry — 33,302
Siyahıda 19-cu yeri ingilis moda brendi – Burberry tutur.
18. Renault — 36,212
Fransız avtomobil istehsalçısı Renault siyahıya düşən iki ekonom-sinif avtomobil brendindən biridir.
17. Gucci — 40,143
Gucci–nin Twitter-də 3 milyondan çox abunəçilərinin olması, şirkətə siyahıda 17-ci yerdə qərarlaşmağa kömək edir. İtalyan markası dünyada müsbət imic yaratmaq üçün çoxlu enerji sərf edir.
16. Hermès — 40,163
Yanvar ayında Apple, Hermes markalı Apple Watch-un satışına başlayıb. Fransız lüks brendinin təqdim etdiyi qayışlar bir neçə stildə təqdim olunub. NetBase-' görə Apple ilə əməkdaşlıq, Hermes-ə Avropada dördüncü məşhur moda brendi olmağa imkan verdi.
15. Louis Vuitton — 40,346
Daha çox çanta dizaynı ilə məşhur olan - Louis Vuitton 15-ci yerdədir.
14. SAP — 49,142
13. Barclays — 52,618
MasterCard kimi, Barclays da sponsorluq vasitəsilə sosial mediada sevgi qazanmışdır. Barclays Premyer Liqasının və Barclays ATP World Tour Finals, o cümlədən məşhur idman hadisələrində xüsusilə nəzərə çarpır.
12. Jaguar — 55,639
11. Dior — 60,956
Christian Dior lüks Fransız markası 1946-cı ildə II Dünya Müharibəsi başa çatdıqdan sonra yaradılmışdır. O vaxtdan bəri, bu şirkət dəyərini 35,1 milyard dollaradək artırmışdır. Şirkət moda paltar, ətir və zərgərlik məhsulları istehsal edir.
10. Porsche — 106,249
İdman və yolsuzluq avtomobilləri üzrə ixtisaslaşmış Porsche mart ayında gəlirinin 25% artdığını açıqlamışdı. Business Insider-in məlumatına görə, bu müvəffəqiyyət əsasən Cayenne və Macan kimi modellərin satışının artması ilə bağlıdır.
9. Ferrari — 125,178
Italyan idman avtomobilləri istehsalçısı Ferrari dəbdəbə anlayışı kimi tanınır. Brend üç növ avtomobil istehsal edir: İdman, GT və ekzotik supercars.
8. Audi — 126,748
Alman avtomobil istehsalçısı Audi - Avropanın ən sevimli avtomobil markaları adı uğrunda mübarizədə yalnız bir rəqibindən geri qalır.
7. Tesco — 127,215
İngiltərənin ən böyük supermarket şəbəkəsi Tesco Avropa və Asiyada geniş yayılmışdır.
6. Chanel — 128,337
Chanel Avropada ən sevimli moda brendi olmaq uğrunda mübarizədə sərt rəqabətə qalib gəlir. Şirkət, 1909-cu ildə modelyer Coco Chanel tərəfindən yaradılmışdır.
5. Adidas — 129,241
Almaniyanın məşhur idman brendi Adidas Avropada Nike-dan daha məşhurdur. Şirkətin əsası Adolf Dassler tərəfindən böyük qardaşı Rudolf ilə mübahisədən sonra qoyulmuşdur. Bundan sonra Rudolf Puma brendini yaratmışdır.
4. BMW — 157,189
Bu il BMW öz yüzilliyini qeyd etdi və şirkət Avropanın ən sevimli avtomobil markası oldu. Liderliyi əldə saxlamaq üçün alman şirkəti yeni ixtira, süni intellekt və bulud texnologiyalarından istifadəyə yönələcəyini bəyan edib.
3. Lego — 280,343
Danimarka oyuncaq istehsalçısı LEGO bütün dünya uşaqları arasında çox məşhurdur. Bu fakt şirkətə 3-cü yerdə qərarlaşmağa imkan verdi.
2. Google — 1,257,800
1. Apple — 2,269,650
Apple Avropada ən sevimli markadır. Dünya sıralamasında şirkət ilk beşlikdə yer tutur, lakin Avropada birinci yerdədir.



