“Alisa möcüzələr ölkəsində” filmində Dəli Papaqçı rolunu ifa edən məşhur aktyor Conni Depp əyləncə parkında bilbordu canlandıraraq insanları qorxudub.



Alisanın sərgüzəştləri hekayələrin davamı çərçivəsində Disney Studio, Conni Deppin iştirakı ilə qeyri-adi kampaniya etdi. Disneyland parklarının birində “Alisa möcüzələr ölkəsində” filminin rəngarəng afişası olan və filmdəki Dəli Papaqçı obrazını əks etdirən, ilk baxışdan adi digital-bilbord yerləşdirilmişdir. Lakin birdən Conni Deppin personajı dirilərək gözlərini qırpmağa və ötüb keçənlərlə danışmağa başladı. Parkın qonaqları onları güldürən, əyləndirən və hətta sabun köpükləri ilə asqıran sevimli personajları ilə real vaxtda ünsiyyət qura bildilər.



Aktyorun özü isə çəkiliş pavilyonunda oturaraq bilborda quraşdırılmış kamera vasitəsi ilə insanları görürdü. Onun personajı bu cür reklam kampaniyasına ən yaxşı seçim oldu. Belə ki, o heç bir tamaşaçını laqeyid buraxmadı.