“Later” bu yaxınlarda anons olunan İnstagram biznes profillərinin analitika bölməsinin skrinşotlarını dərc etdi. Bu akkuantların sahibləri demoqrafiq göstəriciləri, abunəçilərin yeri haqqında informasiya, onların aktiv olma vaxtlarını və son 7 və 30 günün ən məşhur postlarını görəcəklər.



Yeni alət - marketoloqlara abunəçinin yerini hansı şəhərdə olması dəqiqliyi ilə təyin edəcək və həmçinin saat qurşağını nəzərə alaraq postu planlamağa imkan yaradacaq. "Cins və yaş" bölməsində kişi və qadınların nisbətini və statistikasını, onların orta yaş həddini, həmçinin, həftə ərzində qoşulan abunəçilərin sayını görmək mümkün olacaq.



Top Posts bölməsində göstərilmiş dövr (7 və ya 30 gün) ərzində dərc olunmuş şəkillər əks olunacaq. Akkuant sahibləri həmçinin, ümumi abunəçilərin sayına nisbətən neçə abunəçinin posta baxdığını müəyyən edə biləcəklər. “Later” belə bir nümunə göstərir: Makaia akkuantının 23 minə yaxın abunəçisi var. 7 gün ərzində onun postlarına istifadəçilərin yalnız yarısı baxır. Lakin 30 günlük statistikaya baxdıqda onların sayı demək olar ki, iki dəfə artır. Bu isə, İnstagram-da hətta köhnə postların aktuallığından xəbər verir.