Yaxın həftələrdə Avropa komisiyası Google ABŞ korparasiyasına 3 milyard avro məbləğində rekord cərimə təyin edə bilər.
Avropa birliyi antiinhisar tənzimləyicisi “Google”u Avropa axtarış xidmətləri bazarlarında öz dominant mövqeyindən sui-istifadədə ittiham edib. Avropa Komissiyası istintaqı 2010-cu ilin sonlarından davam edir.
Qeyd edək ki, indiyədək antiinhisar qanunları pozduğuna görə ən böyük cərimə 2009-cu ildə “Intel”ə qarşı - 1,1 milyard avro dəyərində olmuşdur.