Yaxın gələcəkdə Facebook istifadəçilərə 360 dərəcəli panorama şəkillər yükləmək imkanı verəcək. Yeni funksiya xüsusi tətbiqetmə və ya sferik kameraya malik smartfonlar vasitəsilə çəkilmiş fotoları dəstəkləyəcək.
360 dərəcəli fotolar xəbər lentində əks olunacaq. Kursoru yaxınlaşdırmaq və ya smartfonu çevirməklə, istifadəçilər şəklin hər tərəfini görə biləcəklər. Şəkilə baxmaq üçün, həmçinin, Samsung Gear VR-ın virtual reallıq qulaqlığından istifadə etmək olacaq. Şirkətin məlumatına görə, bu cihazın istifadəçilərinin sayı bir ayda 1 milyona çatmışdır.
Şirkət, həmçinin, Oculus Rift üçün proqram yeniləməyi planlaşdırır. Burada yeni oyun və videolar haqqında “Nə yenilik var” bölməsi olacaq. "Facebook"a görə Oculus mobil proqramının 80% istifadəçiləri videoya baxır.
Xatırladaq ki, 360 dərəcəni dəstəkləyən videolar 2015 ilin sentyabrından Facebook-da yayımlanmağa başlamışdır.
