İndi şirkətlər Instagram və Facebook-da məhs onların xidmət və məhsullarına maraq göstərən müştəriləri tapa biləcəklər. Yeniləmə reklamçılara tələbi stimullaşdırmağa və mobil satışın həcmini artırmağa kömək edəcək.



Dinamik reklam (Dynamic Ads, əvvəllər Dynamic Product Ads kimi tanınan) artıq Instagram-da da mövcuddur. Burada turizm şirkətləri üçün səyahət yerini və vaxtını müəyyən edən daha geniş funksiyalar əlavə edilmişdir.



Xüsusi auditoriya (Custom Audiences) - bu alət reklamçılara istifadəçinin sayta giriş tezliyini və saytda keçirdiyi zamanı nəzərə alaraq daha aktiv istifadəçiləri hədəfləməyə imkan verəcək.



Bu dəyişikliklər insanların yeni məhsul və xidmət axtarışındakı dəyişən vərdişləri ilə əlaqədardır, Facebook press relizdə qeyd edir. İnsanlar mobil cihazlarla daha çox vaxt keçirir və getdikcə axtarış brauzerləri əvəzinə saytların mobil versiyası və ya tətbiqetmələrdən istifadə edirlər. Məhs mobil cihazlar insanlara yeni məhsulları tapmağa və almağa kömək edir.



Reklam alətlərinin yenilənməsi əsasən aşağıdakılarla bağlıdır:



  • İstıfadəçilərin mobil qurğuda keçirdiyi vaxtın 5 dəqiqədən 1-i Facebook və İnstagram-ın payına düşür.
  • Top 100 Facebook reklamçıların 98-i 2015 ilin sonunda həmçinin, İnstagramda da reklam vermişlər.
  • Facebook-da 2,5 milyarddan çox məhsul haqqında informasiya dərç olunub.
  • Son 3 ay ərzində məhsulların dinamik reklamını 440 milyon insan platformada (Facebook) görüb.