Microsoft rəsmi olaraq bəyan etdi ki, istifadəçilər proqram təminatını yalnız 29 iyuladək son versiyaya pulsuz yeniləyə bilərlər. Bundan sonra Windows10-un quraşdırılması onlara 119 dollara başa gələcək.



Şirkətin rəsmiləri bildirib ki, hazırda Windows10 təxminən 300 milyon qurğuda quraşdırılıb.



Microsoft-un YouTube səhifəsində - Windows bölməsinin nümayəndəsi yeni versiyanın üstünlüklərini qeyd edərək, yeniləmənin 10 səbəbini göstərmişdi.





Ehtimal etmək olar ki, Microsoft da Apple yolu ilə gedərək, proqram təminatını deyil, müxtəlif xidmət və proqramları satmaqla gəlir əldə etmək istəyir. Şirkət, istifadəçiləri yeni platformanı quraşdırmağa təşviq etmək üçün effektiv yol tapdı, belə ki, onun hal-hazırki rəqibləri köhnə versiyalardır. Windows operativ sistem bazarının 90%-nə sahibdir ki, onun da 60%-dən çoxu Windows 7-nin payına düşür.