Tezliklə, Facebook Messenger “yoxa çıxan ismarıclar” funksiyasını dəstəkləyəcək. İstifadəçi həmçinin,göndərdiyi ismarıcın həmsöhbət tərəfindən görülmə vaxtını da özü seçə biləcək. Bu funksiya Fransa istfadəçiləri tərəfindən artıq test edilmişdir.



Yeni tətbiqetmədə hətta oxunmamış ismarıcın silinə bilmə mümkünlüyü də gözlənilir. Qeyd edək ki, bu zaman mesajı yenidən bərpa etmək mümkün olmayacaq. Yeni rejimi qoşmaq üçün, istifadəçi yalnız qum saatı şəklində işarəni basmalıdır. Tənzimləmələrdə ismarıcı - 1 dəqiqə, 15 dəqiqə, 1 saat, 4 saat və ya bir gün sonra avtomatik olaraq silmək bəndi olacaq. Şəbəkədə artıq yeni tətbiqetmənin ekran görüntüləri yayılıb. Lakin realizə tarixi hələ açıqlanmır.



Qeyd edək ki, oxşar funksiya digər xidmətlərdə - məsələn, “SnapChat”da mövcuddur. Burada ismarıc oxunduqdan bir neçə saniyə və ya 24 saat sonra silinir. Həmçinin, bu funksiya Line və WeChat proqramlarında da uğurla istifadə edilir.