"Facebook"un gəlir və mənfəəti bütün analitiklərin proqnozlarını ötüb. Şirkətin gəlirləri 52% artaraq, 5.38 milyard dollara çatıb. Xalis mənfəət demək olar ki, 3 dəfə artaraq, 1,51 milyard dollar olub. Artım əsasən mobil reklam, Instagram-da yeni format və videolar olmuşdur. İl ərzində ümumi reklam gəlirlərində mobil reklamın payı 73%-dən 82%-dək qalxıb.
Facebook-un əməliyyat direktoru Şeril Sendberq The Wall Street Journal-a müsahibəsində bildirib: “Brendlər artıq öz məhsullarını mobil mühitdə təbliğ etmək lazım olub olmamasını deyil, bunu necə etmək lazım olmasını soruşurlar.”
Facebook həmçinin, yeni sinif səhmlərin buraxılması barədə elan verib. Onlar səsvermə hüququ verməsə də, Zuckerbergə biznes üzərində nəzarəti saxlamağa imkan verir. Belə səhmlər – qurucunun öz payı üzərində nəzarəti saxlamaq şərtilə, işçilər arasında bölüşdürülüb, və ya birləşmə / satınalma sövdələşmələrində istifadə oluna bilər.
Bu dəyişiklik Zuckerbergın, ona və onun həyat yoldaşı Priscilla Çana məxsus olan 99% səhmlərin xeyriyyə məqsədilə verəcəyi vədi ilə əlaqədardır. Chan Zuckerberg Initiative bərabərlik təbliğ etmək və insan potensialını inkişaf etdirmək məqsədi daşıyır. Dəyişikliklər "Facebook"a - alimlərə, müəllimlərə və həkimlərə kömək etməyə, həmçinin uzunmüddətli iş prespektivlərinə imkan yaradacaq.