Rusiyanın sosial şəbəkələrindən biri olan “Odnoklassniki” – “OK soobşeniya” adlı mesencer buraxmaq niyyətindədir. Servis artıq bəzi MDB ölkələrində sınaqdan keçirilir, rus bazarına çıxışı isə iki ay ərzində gözlənilir. Servis tamamilə pulsuzdur . “OK soobşeniya”nın istifadəçiləri rus dilindən əlavə ingilis, tacik və özbək dilində də ünsiyyət qura bilərlər. “OK soobşeniya” həm “Odnoklassniki”dəki dostları, həm də telefon kitabçasında olan insanları ünsiyyətə dəvət etməyə imkan verir.
Şəbəkə nümayəndəsinin bildirdiyinə görə: “Xidmət həm qrup həm də fərdi şəkildə ünsiyyət qurmağa, şəkil, video, audio və gif faylların ötürülməsinə imkan verir.”
“OK soobşeniya” mobil cihazlar üçün nəzərdə tutulub. Bir çox funksiyalar internet şəbəkəsi xaricində işləyir (yazışmalar, mediafayllar), oflaynda yazılmış mesajlar isə şəbəkə yarandıqda avtomatik göndərilir. “Odnoklassniki” auditoriyasının 64%-i proqrama mobil cihazlardan daxil olur, gündəlik mobil auditoriya isə 27 mln. istifadəçini əhatə edir.
Mail.Ru Group internet holdinqinə məxsus “Odnoklassniki”, rusiyda ozünün mesencerini buraxan ilk sosial şəbəkə olacaq. Daha əvvəl “VKontakte” (həmçinin, Mail.Ru Group internet holdinqinə məxsus) sosial şəbəkəsi, analogi məhsulun yaradılması haqqında bəyanat vermişdi. Şəbəkə nümayəndəsinin sözlərinə görə xidmət “ilin sonunda” istifadəyə veriləcək.
Apreldə Mail.Ru Group bəyanat verdi ki, “VKontakte” rusiyada ən böyük mesencer oldu. 2015-ci ildə istifadəçilər hər gün bu şəbəkədə bir birinə 5 milyard mesaj göndərir. Bu isə 2014-cü illə müqayisədə 68% çoxdur. Şirkətin verdiyi məlumata görə, mart ayında “VKontakte” aylıq auditoriyası 90 mln. istifadəçini otmüşdür. Qeyd edək ki, istifadəçilərin 78%-i mobil cihazlardan proqrama daxil olanların payına düşür.