You Tube "Bumper" adlı yeni tip reklam çarxlarını buraxmaq niyyətindədir. Bu reklamın müddəti cəmi 6 saniyə olacaq, lakin reklamı ötürmək mümkün olmayacaq. Bununla bərabər köhnə reklam da saxlanılır.
You Tube smartfon və planşetlər üçün xüsusi yaradılmış yeni format reklam haqqında 25 apreldə elan vermişdi. Formatın dəyişdirilməsi əsasən gənc və mobil auditoriya üçün nəzərdə tutulmuşdur.
Bumper-in əsas təyinatı – daha uzun reklamlardakı fikri auditoriyaya daha qısa şəkildə çatdırmaqdır. Məsələn: Audi Q reklam çarxı 45 saniyə davam edir, lakin "Bumper" istifadəçiyə avtomobilin yeni seriyasını xatırladan videoçarxın qısa variantını təqdim edəcək.
Google nümayəndələrinin bildirdiyinə görə yeni formatın tətbiqi cari ilin may ayında başlayacaq.