"Apple" flaqman smartfonlarının üstünlüklərini reklam etməkdə davam edərək 2 reklam çarxı - «Fingerprint» və «Onions» buraxıb.
Birinci çarxda adından göründüyü kimi («fingerprint» — barmaq izləri) söhbət - barmaq izlərinin Touch ID skaneri ilə iş rahatlığından gedir. Burada "Apple" skanerin bir çox hallarda tətbiqinin mümkünlüyü və barmaq izləri vasitəsilə tez və düzgün oxunmasını önə çıxarır.
İkinci «Onions» adlı çarx iPhone 6s-in kamerasına həsr olunub. Belə ki, kameranın peşəkar kameradan fərqlənmədiyi bildirilir. Çarxda balaca qız anasının soğan doğradığını kamera ilə çəkib dostlarına göstərir, onlar isə videonun iPhone-nun kamerası ilə çəkildiyinə inanmırlar. Sonra çarx peçəkar kinoçular tərəfindən qiymətləndirilir və sonda soğanın doğranma videosu kinoteatrlarda numayiş etdirilir və “oskar” alır.