IMI Conferences olaraq, E-ticarət Konfransını beşinci dəfə təşkil etməyə hazırlaşırıq. 17 may tarixində İstanbul, Point Hotel Barbarosda keçirəcəyimiz e-Ticarət Konfransında bu ilki əsas mövzu Rəqəmli Transformasiya və E-CRM olacaq. Konfransda iştirakçı təşkilatlara xüsusi rəqəmli transformasiya strategiyaları da təqdim ediləcək.



Müvəffəqiyyətli tətbiqləriylə diqqət çəkən şəxs və təşkilatları bir araya gətirən konfransda, müxtəlif sektorlar üçün e-crm tətbiqləri, rəqəmli transformasiya, ödəniş sistemləri, rəqəmli dünyadakı texnoloji inkişafların E-CRM strategiyalarına təsiri və müvəffəqiyyət hekayələri müzakirə ediləcək digər mövzular arasındadır. Azərbaycanda olan e-ticarət sektoru nümayəndələrini, Türkiyədəki sektor nümayəndələriylə bir araya gətirmək və əməkdaşlıq imkanları üçün kommunikasiya platforması yarada bilmək üçün, sizə xüsusi olan güzəştlərlə fəaliyyətimizdə sizi qonaq kimi qəbul etmək istəyirik. İştirak etmək istədiyiniz təqdirdə bizimlə HandeAkkuş (handeakkus@imiconferences.com.tr) və ya Ceyhan Taşçı (ceyhantasci@imiconferences.com.tr) əlaqə yarada bilərsiniz. Konfrans dili Türkcə və İngiliscə olmaqla, sinxron tərcümə edilmir. Konfransla bağlı ətraflı məlumatı http://e-commerceconferences.com/ ünvanından əldə edə bilərsiniz.