Facebook canlı yayım özəlliyini ilk əvvəl məşhurlar üçün istifadəyə təqdim etmişdi. İndi isə canlı yayım özəlliyi Facebook qrupları və tədbirləri üçün də reallaşdı. İstifadəçilər artıq Facebook qruplarından və tədbirlərindən canlı yayım edə biləcəklər. Canlı yayım əsnasında Facebook reaksiyalarından da istifadə oluna biləcək və canlı yayıma şərh etmək də mümkün olacaq. Son zamanlarda canlı yayım deyilincə ağla ilk olaraq "Twitter"in satın aldığı Periscope düşürdü. Bu özəllik ilə də "Facebook"un xaricində hər hansı bir məcraya getməyə ehtiyac qalmayacaq.
Artıq 60 ölkənin canlı yayım videolarının göstəriləcəyi bir xəritə də yaradılıb. Bunun sayəsində anlıq olaraq dünyada olub bitənlər anbaan izlənilə biləcək. Videolara ikonlar da əlavə etmək mümkün olacaq və videolar üçün 5 fərqli filtr istifadəçilərə təqdim olunacaq. Tədbirlədə canlı yayımın aktiv olması olduqca əhəmiyyətlidir. Bunun sayəsində konsertlərin və ya bir toplu fəaliyyətin daha böyük kütləyə çatması mümkün olacaq və istifadəçilər "Dəvət Et" düyməsi ilə yoldaşlarını bu canlı yayıma dəvət edəcək. "Facebook Live" xüsusiyyətinin yaxın günlərdə hər kəsin istifadəsinə açılması planlaşdırılır. Canlı yayım xüsusiyyətini test edən istifadəçilərin videosunu aşağıdan izləyə bilərsiniz.

