WhatsApp yayımladığı yenilənmə ilə artıq bütün paylaşımların əvvəldən sona şifrələndiyini və şirkət səlahiyyətliləri də daxil olmaqla heçkəsin bu mesajlara toxuna bilməyəcəyini elan etdi. Bir neçə həftə əvvəl WhatsApp şifrələnmənin yalnız səsli paylaşımlar üçün olacağını bildirsə də şifrələnmənin yenilənmə ilə birlikdə bütün paylaşımlara gəldiyini görürük. WhatsApp tərəfindən yayımlanan blog yazısında gizlilik mövzusunun əhəmiyyəti olduqca açıq bir şəkildə bildirilmişdir: "Şifrələmə, hökumətlər, şirkətlər və fərdlər üçün yeni rəqəmsal dövrdə təhlükəsizliyi təmin etməyin ən effektiv yollarından biridir".

"WhatsApp"ın bu qərara fərqli bir tərəfdən baxsaq Facebook kimi hökumətlərin tələblərini sürətlicə yerinə yetirən bir şirkət altında bunu edə bilmək bir müvəffəqiyyətdir. Bu qərarın səbəblərindən biri də son illərdə inanılmaz bir sürətlə böyüyən Telegram tətbiqidir. Bu tətbiqin təhlükəsizlik və gizlilik mövzusundakı dayanıqlılığı "WhatsApp"ın belə bir qərar almasına səbəb olmuşdur. Təbii ki, "Telegram"ın qrup mesajlarında şifrələnməməsi və "WhatsApp"ın bunu etməsi onların da özlərini inkişaf etdirmələrinin lazım olduğunu göstərir. Paylaşımlarınızı artıq daha etibarlı bir hala gətirmək üçün son yeniləməni etməyi unutmayın.