Bizlər 2016-cı ili əvvəlki illərə nisbətən daha gərgin qarşıladıq. 2015-ci ilin əvvəllərindən neft qiymətinin qısa zamanda dəfələrlə aşağı düşməsi ilə başlayan dalğa, növbəti mərhələlərdə "valyuta müharibələri" ilə davam etdi. (P.S. Bəlkə də vaxt gələcək tarix kitablarından bu dövrləri 3-cü dünya müharibəsi kimi oxuyub öyrənəcəklər) Suriyada cərəyan edən hadisələr bir çox ölkələr arasındakı münasibətlərə soyuq təsir bağışlasa da bəzi ölkələr arasında əməkdaşlıqların artmasına səbəb oldu. Bununla belə Azərbaycanda və dünyada müşahidə edilən 2016-ci trendlərini Sizlərlə paylaşmaq istərdim.
Qeyd: 2016-cı il trendləri arasında daha çox yeri texnoloji yeniliklər almışdır. İlk onluqda yer alan trendlər:
1. Bizi izləyirlər və xəbərdarlıq edirlər
Ətrafımız artıq bizi izləyən müşahidə kameraları, radarlar, qolumuzdakı elektron saatlar, telefonlar və s. texnoloji alətlərin əhatəsindədir. Bütün bu cihazlar bizim ani qərarlarımızdan, ani davranışlarımızdan məlumatlar əldə edir. Hər bir anın, hər bir hərəkətin və hər bir reaksiyanın bir nəticəsi vardır. Artıq IBM-ə məxsus Watson platforması məlumatları əldə edərək müştərilər (müştərilər tərəfindən könüllü olaraq verilən məlumatları) üçün xüsusiləşdirilmiş təkliflər təqdim edir. Məsələn: Apple watch insanların uzun müddət oturaraq işləməyini hesablayaraq daha sağlam həyata dəvət edir. İşləyərkən hər birimiz bilirik ki, fikrimizi işə cəmləyərkən saatlarla komputer qarşısında keçən vaxtı nəzərə almırıq. Bu kimi passiv həyatın qarşısını almaq üçün İWatch vasitəsilə "ayağa qalx" xəbərdarlığı edilir. Eyniliklə su içmə vaxtının xatırladılması və s. applicationlarda (tətbiq) geniş yayılmağa başlayıb.
2. Məlumat təhlükəsizliyi
Ağıllı telefonların vasitəsilə biz evimizdə, avtomobilimizdə və əzizlərimizin həyatlarında nələrin baş verdiyinə aid sayısız məlumatlar əldə edirik. Bu kimi məlumatların yığılması yönəlmiş bir çox xidmətlər həyatımızın bir çox sahəsində rahatlıq və əyləncə qatmağa başlayıb. Ancaq bu məlumatların əldə edilməsi rahat olduğu qədər onların qorunub saxlana bilməsi digər şirkətlərə ötürülməməsi və ya oğurlanmaması məsuliyyətini də artırır.
Məlumatları düzgün şəkildə əldə etməyi bacarıb qoruya bilən və istifadə edən, məlumatları dəyərləndirərkən məsuliyyətini anlayan və bunu göstərən şirkətlər daha çox öncə çıxır. Məlumatların qorunması və təhlükəsizliyi bir xidmət deyil artıq sosial məsuliyyət rolunu daşıyır. Nəzərə almaq lazımdır ki, müştərilərdən şirkət və ya məhsullar haqqında dəyərləndirmə edərkən, məhsul və xidmətlərə cansız əşya deyil "bir insandan bəhs edərmiş kimi" dəyərləndirmə edirlər. Bu trend insanlar tərəfindən deyil daha çox şirkətlər tərəfindən izlənilir. Şirkətlər bu kimi məlumatların qorunmasından daha çox həssas olmağa çalışaraq insanların rəğbətini qazanmağa çalışırlar.
3. Yeni iş mühitləri
Günlük həyatımızda gözləntilərimiz və tələblərimiz günü gündən artmaqdadır, iş həyatımızda da daha artığını istəyirik (tələb edirik). Artıq işçilər şirkətlərindən özlərinə qarşı xüsusi yanaşma istəyirlər. Daha əvvəlki illərdə işçilər yeni iş yerlərinə başladıqda gələ biləcəkləri son nöqtəni görmək istəyirdilər və bu nöqtəyə çatmaq üçün hansı mərhələlərdən keçiləcəyi "izah" olunurdu. Yeni trenddən müşahidə edirik ki, texnologiyanın sürətli inkişaf etməsi ənənəvi hesab etdiyimiz iş yerlərinin bağlanmasına səbəb olur. Buna görə işçilər son illərlə nisbətdə daha tez-tez iş yeri dəyişirlər. Bu dəyişiklik işçilər üçün hər bir şirkətdən "nələrsə" öyrənmək trendinə səbəb olub. Böyük hədəflərinə getmək üçün daxil olduqları bir şirkətə bir "tur" kimi baxırlar. Məqsəd hər bir turları uğurla keçməkdir.
4. Gözə görünməz tətbiqlər
Bu trend də bir başa olaraq texnologiya ilə bir başa əlaqədardır. Gözə görünməz tətbiqlərdən əvvəl qeyd etmək istərdim ki, bizim indiyə qədər qəbul etdiyimiz proqramlar bizim tərəfimizdən idarə olunanlar kimi hesab olunsa da bu trend insanın xüsusi əmrlər verməsinə ehtiyac olmadan, gözə görsənmədən bizə xidmətlərini təqdim etməsidir. Məsələn: Siz “Youtube”da ilk olaraq özünüz musiqi və filmləri seçirdinizsə bir müddət keçdikdən sonra Youtube sizin zövqünuz ilə tanış olur və artıq sizə yeni seçimlər təqdim edir. Bu Yotube, Google və s. böyük şirkətlər ilə başlasa da artıq digər şirkətlər tərəfindən mənimsənilib tətbiq edilməsi trendi müşahidə edilir. Yuxarıda adları çəkilən saytlarda sizə təklif verilməsi üçün xüsusi tətbiqlər seçməyinizə ehtiyac duyulmur. Gizli tətbiqlər vasitəsilə sizin istər “Google”da axtarışlarınız, istərsə də “Youtube”da baxdığınız film və dinlədiyiniz musiqilər sayt tərəfindən bir başa olaraq nəzərə alınır.
5. Dəbdəbə indi daha ucuz oldu
Əvvəllər texnologiya dedikdə ilk olaraq varlı insanlar tərəfindən istifadə edilə bilən və ya varlı insanlar üçün istehsal olunmuş avadanlıqlar və ya xidmətlər kimi qəbul edilirdisə son illərdə olan sürətli inkişaf ilə bu xidmətlər artıq hər bir insanın istifadə edə biləcəyi qiymətlərə təqdim olunur. Nümunə olaraq "Distance Learning"ləri (Onlayn təhsil) sistemini qeyd edə bilərik. Vaxt var idi, bu kimi univeristetlərdə oxumaq daha çox varlı ailə övladlarına nəsib ola bilirdisə indi bir çox insan məşhur universitetlərin təhsilini onlayn olaraq ala bilər. Eynilikdə ölkəmizdə son illərdə təqdim olunan Uber xidmətini də nümunə siyahımıza əlavə edə bilərik.
6. Xalqa xidmət
Kapitalizm dedikdə ağla ilk gələn özəlləşdirmə və müəyyən qrup insanların daha çox varlanması kimi qəbul edilir. Qərbdə demək olar ki, hər bir ximdətin özəlləşməsi ilə yeni gələn nəslin fikirləri arasından müəyyən təzadlar yaranır. Son illərdə müşahidə edilən trendlər arasında dövlətin özəl şirkətlər ilə birlikdə layihələrə imza atmasıdır. Digər tərəfdən xalq/sakinlər üçün xidmətlərin geniş yayılmasıdır. Texnolgiyanın inkişafı yalnız özəl müəssisələrin varlanması ilə deyil insanların rifahının yaxşılaşdırılması üçün atılan addımdır. Məsələn Suriyə hadisələrindən sonra avropaya olan köç zamanı miqrantların sığınacaq ev tapa bilmələri üçün hazırlanan tətbiq ilə Almaniyada ev sahibləri ala biləcəkləri insan sayısını daxil edə bilir. Eyniliklə qalmaq istəyənlər tətbiq vasitəsilə bu şəxsələrə müraciət edə bilirdilər. Nəqliyyat sisteminin intelektual idarə edilməsi, ağıllı işıqforların tətbiq olunması və s. nümunələr təqdim edə bilərik.
7. Yeni xəzinə: Sağlamlıq
Sağlamlıq məlumatları insanlar üçün xəyal edə bilmədikləri bir sərvətmənbəyi halına gəlir. Günümüz şəraitində maaşların artmadığı, iş yerlərinin zəmanətinin olmadığı və sağlamlıq xərclərinin davamlı olaraq bahalandığı bir zamanda yaşayırıq. Bu vəziyyətdə sağlamlığımız haqqında məlumatların əldə edilməsi daha dəyərli olmağa başlayır.
Bu trendin yaranmasında əsas bir neçə faktor rol oynayır: İstifadəçilər sağlamlıqlarına yönəlmiş hesablamalara həm əyləncə, həm də qarşısını almaq üçün məşğuliyyət kimi yanaşır. Hal - hazırda 100 dollardan ucuz cihazlar alaraq insanlar öz sağlamlıqlarına nəzarət edə bilir. Geyinilə bilən cihazlar avadanlıqlarının sürətli inkişaf artımına əsaslanaraq deyə bilərik ki, 2018-2020-ci illərdə bu bazar payının 6 dəfə böyüyəcəyi gözlənilir. Bu cihazların yalnız ucuzlaşması deyil, eyni zamanda onların bir başa olaraq komputer , telefon və s. cihazlarımız ilə bir başa olaraq işləyə bilməsi istifadəçilər üçün istifadə rahatlığını təmin edir. Qısaca olaraq qeyd edə bilərik ki, sağlamlıq üçün çox varlı olmağa və xüsusi xəstəxanalar tərəfindən nəzarət edilə bilən və xərcli sahə olmaq mərhələsindən çıxmaqdadır. Nümunə olaraq: yuxu saatlarının hesablanması, günlük hərəkətsiz qalınmanın hesablanması, gündəlik olaraq gəzməyinizin hesablanması, su tələbatının hesablanması və s. cihazları (və ya tətbiqləri) qeyd edə bilərik.
8. Virtuallıq reallaşır
Yaxın zamana kimi virtual reallıq (VR) sadəcə uçuş simuluayatorlarına uyğun bir texnologiya olaraq qəbul edilirdi ancaq bu vəziyyət get-getə dəyişməyə başlayıb. Bu proses gözləniləndən daha sürətlə dəyişməyə başlayıb. 2016-cı il virtual reallıq baxımından bir dəyişiklik zamanı olması gözlənilir. Sony, Samsung və s. bu kimi bazar liderlərinin ilin ilk yarısında məhsullarının istehlakı üçün olan versiyalarını bazara təqdim etmələri gözlənilir. Oyun təcrübəsinin bir sonrakı addımı olaraq qəbul edilən Oculus Rift və buna bənzər VR əşyaları öz xüsusiyyətlərini və platformalarını hazırlamağa davam edir. Bununla belə VR-i bazarının sütərlə böyüməsi yeni sənayenin yaranmasını formalaşdırır. Bununla belə bir çox şirkətlərdə yaranmış bu yeni trenddən bazar payı əldə etməyə çalışırlar. Nümunə olaraq “Google”un hazırladığı “Cardboard”ı nümunə olaraq qeyd edə bilərik. Hazırlanması çox ucuz olan bu kardon əşyanın içinə telefonu yerləşdirməklə istifadə etmək mümkündür. Artıq New York Times yeni VR filmlərini daha geniş kütləyə çatdıra bilməsi üçün milyonlarla VR cihazlarını pulsuz olaraq paylamışdır. Bu akisayaların özü belə bir trendin necə sürətlə inkişaf etdiyinin göstəricisi kimi hesab etmək olar.
Şikətlər VR cihazları istehsal etmək və ya istehsal edənləri almaq üçün böyük investisiyalar edirlər. Bununla yanaşı olaraq bu texnologiyanın daha geniş istifadə edilə bilinməsi üçün platformalar yaradırlar və ya yaranmış platformaları daha da genişləndirirlər. Google “Cardboard”ı əslində ev şəraitində hər birimiz hazırlaya bilərik. Kardondan qatlayaraq hazırladığınız bir eynəyin içinə telefonunuzu yerləşdirməklə istifadə edə bilərsiniz. (P.S. Qutunun hazırlanmasını internetdə axtarış edərək geniş məlumatlar tapa bilərsiniz.)
9. Sadəlik gözəllikdir
Dijitallaşmanın sürətlə inkişaf etməsi ilə bəlkə də dünya tarixinin ən hiperakitv zamanını yaşayırıq. Rəqabət şəraitində şirkətlərin ayaqda qala bilməsi üçün etdikləri innovasiyalar sürətlə artmaqdadır. Demək olar ki, hər gün bir yenilik ilə qarşılaşrıq. İstər “App Store”da olan milyonlarla tətbiqlərdən, istərsə də supermarketlərdə olan məhsul çeşidləri çoxluğu qarşısında seçim etmək məcburiyyətində qalırıq. İnsanlar təklifər çoxluğu arasında artıq seçimlər etmək məcburiyyətində qalır. Trend artıq müxtəlif seçim vermək əvəzinə konkret həllər verənlərə doğru yönəlir. Məsələn: Supermarket idarəçiləri qərar verməkdə çətinlik çəkən müştərilər üçün seçim müxtəlifliyi təqdim etmək əvəzinə alış-veriş köməkçisi kimi mövqelənməyə çalışır.
10. Özün dizayn et
Bir şirkətin təqribi olaraq 1920-ci illərdə 67 il idi. Bu rəqəm 2000-ci illərdən etibarən artıq 15-ilə qədər düşmüşdür. Hər bir şirkət fəaiyyət göstərə bilməsi üçün innovasiya etmək məcburiyyətindədir. Bu innovasiyalar istər təqdim edilən məhsuldan, istərsə də xidmətdən asılı olaraq hər müştəri istəyini nəzərə alaraq fərdiləşmə etməyə yönəlmişdir. Bir zamanlar standartlaşmış məhsula göstərilən maraq və güvən son illərdə fərdiləşməyə doğru yönəlmiş trendə çevrilmişdir. Hər bir müştəri fərdi və fərqli olduğunu hiss etmək istəyir. Məhsul çeşidini genişləndirə bilən şirkətlər bir başa məhsulları ilə, dizayn dəyişə bilənlər fərdi dizaynlar edərək müştəri ilə arasındakı əlaqələri daha da genişləndirməyə maraqlıdır. Məsələn: hər nə qədər İphone standart dizayn və standart rəng seçimləri təklif etsə də, insanlar tərəfindən artı müxtəlif "Phone Cover"ların istifadə edilmsəi fərdiləşməyə olan meyilin göstərici kimi sayıla bilər. Bu kimi nümunələri daha da artıqmaq olar. Keçən illər ərzində Coca-Cola tərəfindən tətbiq olunan kampaniya ilə Cola butulkaları üzərində olan yazılmış adlar bu trendin geniş yayılmış nümunəsi kimi qeyd edə bilərik.
Qeyd: Ən sonda qeyd etmək istərdim ki, bu trendllər ilə tanış olduqdan sonra bəlkə də düşünə bilərsiniz ki, bu trendləri biz niyə müşahidə etmirik və ya bunlar bizdə də "keçmişdə" olub. Trend hər ilə görə və hətta hər mövsümə görə dəyişə bilən anlayışdır. Bizim üçün keçmiş hesab etdiyimiz bəzi yanaşmaların yenidən trend halına gəlməsi üçün müəyyən inkişaf mərhələsi keçməsi lazımdır.