Dünyaca məşhur audiobrend Monster baş rolda məşhur Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldonun iştirak etdiyi yeni reklam çarxı təqdim edib. Süjet Madriddə olan kafelərin birində baş verib. Ulduz oyunçu kafelərin birinə bir fincan çobanyastığı çayı içmək üçün daxil olur. Oyunçunun bir fincan çay istəyi "Fotosessiya və Çay" döyüşünə çevrilir. Futbolçunun içdiyi hər bir qurtum çay zamanı onlarla fotoşəkil çəkdirmək üçün insan yaxınlaşır. Məşhur futbolçu böyük məmnuniyyətlə arzu edən hər kəslə şəkil çəkdirir.



"Fotosessiya və Çay" mübarizəsində çay böyük hesabla məğlub olur. İçilən 4 fincan çay zamanı inanılmaz dərəcədə çox fotoşəkil çəkilir. Məşhur Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldonun iştirakı ilə çəkilən reklam çarxı Monster şirkəti tərəfindən həyata keçirilib. Məqsəd şirkətin yeni ROC by Monster qulaqlıqlarının reklam olunması idi.