"Facebook"un fenomen hala gələn "Like" yəni Bəyən düyməsiylə artıq vidalaşa bilərsiniz. Keçdiyimiz Oktyabr ayından etibarən bəyəndim düyməsi yerinə "Reactions" yəni Reaksiyalar düyməsini test edən Facebook, bu dəyişikliyi dünəndən etibarən yayımladı. Bir ildən çoxdur ki, mövzuyla əlaqədar araşdırmalar apardığını açıqlayan Facebook, bu radikal yeniliyi dünya səviyyəsindəki bütün istifadəçilərinə açıq elan etdi.
Reactions ilə "Facebook"da bir paylaşım və ya səhifəni yalnız bəyənmək yerinə Sizə hissettirdiklərini "Emoji"lərlə fərqli formalarda ifadə edə bilərsiniz. Bunun üçün Like düyməsinin yanına beş yeni Emoji əlavə edən Facebook, artıq kədər və qəzəb kimi Like düyməsiylə ifadə edilməsi ziddiyyətli vəziyyətlərə yol aça bilən hisslərin paylaşılmasına icazə verir. Aşağıda gördüyünüz kimi sevgi, xoşbəxtlik, təəccüb, kədər və qəzəb hissləri yeni emojilərlə ifadə ediləcək. Həm şəxs həm də təşkilat səhifələrinə təsir edən bu dəyişiklik, reklamlara da aiddir. Gördüyünüz və xoşunuza gəlməyən bir reklamla əlaqədar reaksiyanızı, ən azından əsəbi olduğunuzu qısa müddət ərzində ifadə edə biləcəksiniz.
