TechCrunch, şirkətin daxili sənədlərinə istinadən məlumat verir ki, Facebook sosial şəbəkəsi Messenger xidmətində reklam həyata keçirməyə hazırlaşır. Güman edilir ki, bu reklam şirkətlərin hesablarından şəxsi ismarıc kimi yayımlanacaq. TechCrunch şirkətinin məlumatına əsasən Facebook reklamı 2016-cı ilin ikinci rübündə başladacaq. Məlumata əsasən reklam verənlər ancaq şirkət hesabları ilə əlaqəyə başlayan istifadəçilərə reklam göndərə biləcəklər.



Facebook həmçinin şirkət ilə ünsiyyət qurmaq üçün anında açılan chat (söhbət), qısa ünvanı da yaradıb: fb.com/msg/. Sosial şəbəkənin nümayəndələri belə linkin mövcudluğunu təsdiqləyib. "Facebook"da reklam ismarıclarının yayımlanması haqqında olan suallara cavab olaraq şirkətdən bildirilib ki, "Şayiələr və fərziyyələrə şərh verilmir. Bizim məqsədimiz bütün dünya üzrə 8 milyon insanın Messengerdə ünsiyyətinin yüksək keyfiyyətini saxlamaqdan ibarətdir və onlar əsla istəmədikləri reklam ismarıcını almayacaqlar".