21 fevralda Barcelonada "Mobile World Congress" çərçivəsində "Samsung" yeni smartfonu "Galaxy S7" və "Galaxy S7 Edge"ni təqdim edib. Samsung əsas hadisələrdən bəhs edən təqdimat videosunu da izləyicilərə bölüşüb. Belə ki, videoda 1988-ci ildə istehsal olunmuş SH-100 telefonunu, MP3 - telefon və dünyada ən kiçik ТВ - telefonunu görmək mümkündür.



Bundan əlavə Samsung, "Galaxy S II"nin köməyi ilə Everest zirvəsində ilk 3G - zəngi də nümayiş etdirib. "Samsung"un İndoneziya şöbəsi su keçirməzlik və akkumulyatorun naqilsiz yüklənməsi kimi funksiyalarının göstərildiyi Galaxy S7 haqqında reklam çarxını izləyicilərə təqdim edib.