"Instagram" xüsusilə çox izləyicisi olan hesab sahiblərindən gələn tövsiyə və şikayətləri nəzərə alaraq iki mərhələli yeni giriş sistemi yaradacağını elan etdi. İkinci mərhələ olaraq SMS təsdiqlənməsi sistemə inteqrasiya ediləcək. Taylor Swift ve Kris Jenner kimi məşhurlar da tək mərhələli təhlükəsizlik sistemindən zərər çəkmiş olaraq öz şikayətlərini bildirib.



Yüksək təqibçi sayına malik bir çox hesab da Instagrama daxil olmaq və hesab sisteminin daha etibarlı olmasının lazım olduğunu ifadə edən şikayətlərini bildirmişdir. Məhz bu şikayətlərdən sonra Instagramda istifadəçilər üçün iki mərhələli giriş sistemi təqdim ediləcəyi açıqlandı. Yeni sistemdə istifadəçilər hesab şifrələrini yazdıqdan sonra təsdiqlənmiş mobil telefon nömrələrinə bir SMS alacaq və gələn kodu sistemə yazaraq hesablarına giriş təmin edə biləcəklər.