Münasib qiymətli məhsulları ilə xüsusən Hindistan və Cənubi Amerikadakı ölkələrdə olduqca məşhur bir vəziyyətdə olan "Microsoft", yeni telefonu "Lumia 650" modelini təqdim edib. Satış qiymətinin 199 dollar (310 manat) olaraq elan edildiyi "Lumia 650" telefonu 5 düym 1280x720 piksel HD ekrana malikdir. Yeni nəsil Snapdragon 212 çipseti olan cihazın 16 GB hafizə (Microsd kart dəstəyi var), 1GB sistem yaddaşı var. 2000 mAh batareya gücü olan telefonun, ən əhəmiyyətli xüsusiyyəti 6,9 mm qalınlığa malik olmasıdır. "Lumia 650" yaxın günlərdən etibarən satışda olacaq.