Tayvanlı tədqiqat qrupu "Digitimes Research" notebookların 2016-cı il üçün dünya bazarı üzrə proqnozunu təqdim edib. Analitiklərin proqnozuna əsasən 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşımaların həcmi 2,5% azalacaq və 153,5 milyon ədədə çatacaq. Şirkət 2015-ci ili 157,4 milyon Notebook qədər qiymətləndirmişdir ki, bu da bazarın il ərzində 9% azalmasını göstərir.
2016-ci ildə satıcılar arasında lider 22.5% bazar payı ilə Çinin Lenovo şirkəti olacaq. Hewlett-Packard şirkətinin payı isə cüzi fərqlə 21.4%-dir. Digitimes Research qrupunun proqnozlarına əsasən növbəti sıralarda Dell (13.8%), Apple (11.9%), Asustek Computer (10.2%), Acer (8.9%), Samsung Electronics (2.8%), Toshiba (1.7%) və Fujitsu (1.1%) olacaq.