Microsoft şirkəti növbəti dəfə öz axtarış sistemi olan "Bing"in loqosunun dizaynını yeniləyib. Şirkət sonuncu dəfə 2013-cü ildə loqonu dəyişmişdi. Bildiyimiz kimi bingin loqosu əlvan sarı rəngdə idi və b hərfinə doğru uçan quş şəkli təsvir olunmuşdu. "Bing"in yeni loqosu yaşıl rəngə keçid edib.
Microsoft rəng dəyişikliyini yaşıl rəngin sarı rəngə nisbətdə daha rahat oxunması və qəbul olunması ilə əsaslandırıb. Baxmayaraq ki, "Bing"in məşhurluq səviyyəsi "Google"dan aşağıdır, məlumat verilir ki, "Microsoft"un axtarış sistemi daha sərfəlidir. Şirkət təmsilçilərinin sözlərinə əsasən Bing, sabit artım müşahidə olunan axtarış sistemlərindəndir. Microsoft 2019-cu ildə Bing üçün 1 milyard daimi istifadəçi nəzərdə tutmuşdur.