Panasonic, ötən həftə sona çatan "CES 2016"da hamını təəccübləndirib. Şirkət görünməz TV təqdim edib. Bir televizorun qonaq otağımızın dizaynında baş rola malik olması onun çox yer örtməsi lazım olduğu anlamına gəlmir. Tam əksinə, söz mövzusu olan şey daim inkişaf etməkdə və bu cihazın örtdüyü sahəni minimuma endirmək şirkətlərin ən mühüm hədəflərindən biridir.



Bu istiqamətdə səy göstərən şirkətlərdən biri olan Panasonic, CES 2016-da təqdim etdiyi şəffaf ekran konsepsiyası ilə bu sahədə ən qeyri-adi həllərdən birini təqdim edib. "Panasonic"in yeni ekran texnologiyası "şəfaf rejim" və "ekran rejimi" arasında keçid edərək, istifadəçilərin lazım olanda ekranın arxasında olanları da görmələrini təmin edir. Rəflərə yerləşdirilə bilinən bu ekran, həm də funksional bir dekorasiya imkanı verir.