Dünyanın ən böyük elektron əşyalar istehsalçılarından biri olan Samsung, ötən ilin son rübündə 4,7 milyard Avro mənfəət açıqlayıb. Cənubi Koreyalı şirkətin mənfəəti 2014-cü ilin eyni dövrünə nisbətən 15% artıb. "Samsung"un bu dövrdəki ümumi gəlirləri isə 0.5 faiz yüksəlib. Çin iqtisadiyyatında yavaşlama və qlobal bazarlardakı dalğalanmaların 2016-ci ildə elektronika satışlarına mənfi təsir göstərməsi gözlənilir. "Samsung"un səhmləri ötən Cümə günü son üç ayın ən aşağı səviyyəsinə geriləyərkən, ən böyük rəqibi "Apple"ın səhmləri isə Çərşənbə günü son beş ayın ən aşağı qiymətini görmüşdü.