Apple və Samsung arasında təxminən beş ildir ki, patent iddiaları davam edir. Uzun müddətdən sonra Samsung 14 dekabrda "Apple"a 548 milyon dollar ödəməyi qəbul etmişdi, ancaq "Apple"ın tələbi bununla kifayətlənmədi. 2011-ci ildə Apple şirkətinin "Samsung"a açdığı məhkəmə davası 2,5 milyard dollar kimi rekord bir təzminat ödəməyi tələb edirdi. Lakin proses ərzində bu rəqəm 1 milyard dollara endi və son olaraq 14 dekabrda Samsung, "Apple"a 548 milyon dollar ödəməyi qəbul etdi.
Ancaq Apple 2012-ci ildən sonra satdığı telefonlar üçün etdiyi zərərin qarşılığı olaraq 180 milyon dollarlıq bir ödəmə üçün təkrar məhkəməyə müraciət etdi. "Apple"ın məhkəməyə müraciət etdiyi yer isə Kaliforniya ABŞ bölgə məhkəməsidir. Maraqlı olan budur ki, Samsung, ABŞ Yüksək Məhkəməsinə müraciət edərək 2012-ci ildə açılan iddia üçün verilən qərarın səhv olduğunu müdafiə edir hətta bununla qalmayıb ölkədəki patent sisteminin təkrar nəzərdən keçirilməsi və təşkil edilməsinin lazım olduğunu müdafiə edir. Əgər Samsung açdığı qarşı iddianı qazansa "Apple"ın qazandığı pul gəldiyi yerə geri gedəcək.