Rusiyanın Kommunikasiya Agentlikləri Assosiasiyası 2015-ci il üçün Rusiya yaradıcı reklam, marketinq və marka agentlikləri siyahısını təqdim etdi. Reklam agentlikləri siyahının lideri BBDO Russia Group oldu. İkinci yeri Instinct agentliyi, üçüncü yeri isə Young&Rubicam Moscow tutdu. Bu il siyahı reklam, marketinq və brendinq olmaqla 3 hissədən ibarət olub və hər bir hissənin özünün qalibi var.



Festivalların Payız seriyası başlamazdan əvvəl Rusiyanın ən yaradıcı agentliyi Young&Rubicam Moscow idi. Daha sonra liderliyi BBDO Russia Group ələ keçirdi. Ümumilikdə isə demək olar ki, aralarında sizi banneri sevməyə məcbur edən "Баннер" (Proximity Russia), "Смертельный таймлайн" (BBDO Moscow), IKEA PS 2014 (Instinct) kimi işlər olan otuzdan çox iş mükafat alıb. Üçüncü yeri isə yaradıcılıq üzrə 2015-ci ildə "Одно лицо""Больше, чем знак" adlı iki parlaq layihə təqdim edən Young&Rubicam Moscow tutdu. Siyahıda dördüncü yeri isə Восход agentliyi aldı. Bu il agentlik təqdim etdiyi 20-dən çox iş üçün mükafat alıb. Ən layiqli layihə isə "Listen to Me" oldu.



Reklam agentlikləri




Reklam agentlikləri siyahısında beşinci yeri brendinq sahəsində ixtisaslaşmış Depot WPF agentliyi aldı. Depot WP eyni zamanda brendinq agentlikləri siyahısına başçılıq edir.



Brendinq agentlikləri




Marketinq xidmətləri siyahisinda isə birinci yerdə Marvelous agentliyidir. O nəinki siyahıda hətta Rusiya bazarında da yenidir. Agentliyin ən layiqli mükafat alan layihəsi "Like from Leo" oldu. Marvelous agentliyini son yarım ildə Rusiyanin reklam bazarında ən maraqlı startup adlandırmaq olar.



Marketinq xidmətləri




Həmçinin, Rusiyanın yaradıcı bazarında ən yaxşı mütəxəssislərindən ibarət olan "Adpeak"ın yenilənmiş siyahısı da təqdim olundu.