Mercedes-Benz Türkiyə, yeni Mercedes-Benz A seriyasını 4 ölçülü (4DX) reklam filmiylə tanıdır. Reklam çarxı "Marmara Forum AVM"də yerləşən Cinemaximum kino zalında nümayiş etdirilir. Türkiyədə ilk dəfə bu üsuldan istifadə edilib. Bu günə qədər reklam filmlərini yalnız izləyə və eşidə bilən kinosevərlər, bu 4 ölçülü reklam filmi ilə reklamda olan küləyi hiss edə, hətta qoxunu belə duya bilir. Duman, hərəkət, qoxu, su buxarı və işıq effektlərinin istifadə edildiyi reklam filmidə, tüstülər yüksəldiyi anda kino salonu da tüstülərlə dolur.



Avtomobil hərəkət etdiyi anda isə tamaşaçılar kreslolarında hərəkət etməyə başlayır. Reklam filmindəki obraz qaçarkən salona meşə qoxusu yayılır və Mercedes-Benz ulduzu ekrana çıxdığı an salonda çoxlu ulduzlar yanıb sönməyə başlayır. Yeni Mercedes-Benz A-Serisi 4DX reklam filmi, 31 dekabr gününə qədər kinosevərlərə təqdim edilir.