Mobil sektorun iki nəhəngi SamsungApple arasındakı rəqabət gündən-günə böyüyür. 2011-ci ildə Apple şirkətinin "Samsung"a açdığı patent davası 2012-ci ildə "Samsung"un 1 milyard dollar təzminat ödəməsi ilə nəticələnmişdi. Ötən həftəyə qədər davam edən hüquqi proses səbəbiylə Samsung ödəmə etməyi rədd edirdi. Samsung, "Apple"la razılaşaraq şikayət yolunun açıq qalması şərti ilə, 548 milyon dollarlıq ilk ödəməni etməyi qəbul etdi. Təzminatı, 10 gün ərzində ödəyəcəyini söyləyən Samsung, 2016-ci ildə bağlanılması gözlənilən davanın, lehinə nəticələnəcəyi halda etdiyi ödəməni geri ala biləcək.