Volvo istehsal etdiyi ən güclü yük maşınını tanıtmaq üçün maraqlı bir üsuldan istifadə etdi. Volvo qrupunun nəzarəti altında 4 yaşında olan balaca bir qız uşağı "FMX model" yük maşınını uzaqdan idarə etmə ilə test etdi. Kampaniya, İsveç mənşəli markanın çox danışılan "Live Test Series"in davamı olaraq tamaşaçıya təqdim olundu. Kampaniyanın reklam agentliyi isə Forsman & Bodenfors, Swedenə məxsusdur.