Mobil cihazlar departamentini "ABŞ"ın texnologiya nəhəngi "Microsoft"a satan Nokia şirkəti, ağıllı telefon bazarına geri qayıdır. "Nokia"nın bir müddət sonra bazara çıxaracağı ilk ağıllı telefon "Nokia C1"in yeni bir görüntüsü ortaya çıxıb. 2016-ci ildə bazara çıxması gözlənilən Nokia C1 adlı bu model həm Android, həm də Windows 10 əməliyyat sistemi ilə çalışacaq.



Cihazın 4 fərqli rəng variantının olması gözlənilir. Ötən aylarda Fransız telekommunikasiya nəhəngi Alcatel-Lucenti satın alaraq şəbəkə texnologiyaları sahəsində ağırlığını ciddi bir şəkildə artıran Nokia, keçmiş illərdəki səhvlərdən ciddi dərslər çıxarmış kimi görünür. Nokia, mobil cihaz istehsal vahidini 2013-cü ildə Microsoft"a 5,44 milyard avroya sataraq zərəri minimallaşdırmağa nail olmuşdu.