Cənubi Koreya şirkəti olan Samsung özünün yeni məhsulunu qeyri-adi üsulla təqdim etdiyi reklam çarxı yayımladı. Fold7 agentliyi tərəfindən hazırlanan reklam çarxı Xoşbəxt qəza adlanır. Reklam çarxında televizoru "təsadüfən" qırmaq və onun əvəzinə Samsung şirkətindən yeni əyri ekranlı SUHD TV almaq üçün nümunələr göstərilir. Musiqi olaraq isə Mills Brothersin ifasında "You Always Hurt the One You Love" single səsləndirilir.