Madeyra mebel brendi yeni imic çarxını təqdim edib. Brend fəaliyətə başladığı gündən öz alıcılarının rahatlığını təmin etmək məqsədi ilə "Madeyra Sizə Uyğundur" sloqanı altında Azərbaycanın istənilən bölgəsində mağaza açmaqla hər kəsə bir addım qədər yaxın olduğunu vurğulayıb. Təkmilləşdirilmiş fabrikdə ekoloji təmiz xammaldan hazırlanan məhsullar çeşitliyi və müasirliyi özündə əks etdirir. Hər bir evdə Madeyra mebeli olması üçün büdcəmizə uyğun məhsulları sərfəli şərtlərlə əldə etməyimizə şərait yaradan Madeyra, bununla da bizlərdən biri olduğunu təsdiqləyib və bir-birimizə uyğun olmağımızı bir daha vurğulayıb.



Ssenari və prodakşn 3Dost reklam agentliyinə məxsusdur.