Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung"un hələ təqdim edilməyən, keçən həftə TENAA tərəfindən sertifikatlaşdırılan qapaqlı telefonundan görüntülər ortaya çıxıb. Həmin fotolara görə, "SM-W2016"nın şüşə və metaldan ibarət olan gövdəsi və texniki xüsusiyyətləri ilə "Galaxy S6"nın qapaqlı bir variantı olduğu görünür. Cihazda iki ədəd 1280×720 piksel və 3,9 düym ölçüyə malik Super AMOLED ekran yer alır. Cihazda həmçinin T9 klaviatura, öndə 5 meqapiksel, arxa tərəfində isə 16 meqapiksel kamerası var. Gücünü 8 nüvəli 64 bit Exynos 7420 prosessordan alan telefon 3 GB RAM-a və 64 GB daxili yaddaş sahəsi ilə gələcək. Cihazın nə vaxt bazara çıxarılacağı və qiyməti üçün bu ana qədər bir açıqlama edilməyib.