IT şirkəti "myTracker"ın ödənişsiz ünsiyyət sisteminin test mərhələsinə başladı. "Mail.Ru Group"un məlumatına əsasən, reklamçılar və ixtiraçılar mobil auditoriyanın köməyi ilə məlumatları əldə edir ki, bu da reklam şirkətlərinin yeridilməsinə çəkilən xərcləri azaltmağa kömək edəcək.



Mail.Ru Group direktor müavini Dmitry Sergeev bildirib: "myTracker imkanları Rusiyada mobil analitikanı keyfiyyətcə yeni səviyyəyə keçirmə imkanı verir. myTarget inteqrasiya vasitəsilə Rusiya və "MDB"də ən böyük mobil tamaşaçı auditoriyasını bir araya gətirən reklamçılar üçün ən dəqiq, sosial və demoqrafik statistika mövcud olacaq".



myTracker mobil analitiki geniş imkanlar təqdim edir. Marketoloqlar reklam şirkətlərinin nəticələrini izləmək imkanı əldə edəcəklər. myTracker istifadəçiləri üçün qurğularda məlumatlar ilə standart hesabat, hadisələr, inkişaf etmiş analitik elementləri (DAU, LTV, ARPU və s.) mövcuddur. Sistemdə birbaşa olaraq auditoriyanı oxşar səbəblərlə seqmentləşdirmək və müvafiq qruplar yaratmaq mümkündür. "ВКонтакте", "Одноклассники", "Мой Мир" mobil auditoriyasını birləşdirən myTracker reklam platforması bu ilin Mart ayında təqdim olunub. Tərəfdaşlıq proqramı çərçivəsində ixtiraçılar "myTarget"da reklamçların elanlarını yerləşdirərək mobil tətbiqləri və saytları pula çevirə bilər. Sistemə daha çox marağı isə oyun yaradıcları sərgiləyir.