Facebook, 2015-ci ilin üçüncü rübünün maliyyə hesabatını təqdim edib. Hesabata görə platformada aylıq aktiv istifadəçi sayı 1.55 milyarda çatarkən, gəliri isə 4,5 milyard dollar olub. "Facebook"un üçüncü rübünün ümumi gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 4,5 milyard dollara çatıb. Platformanın gəliri 11% artaraq 869 milyon dollara çatarkən, istifadəçi başına ortalama gəliri isə 2.97 dollara yüksəlib.
Facebook 2014-cü ilin üçüncü rübündə 3,2 milyard dollar gəlir və 806 milyon dollar xalis mənfəət əldə etdiyini açıqlamışdı. Hesabatda Facebook gəlirinin 78%-nin mobil reklamdan olduğu görünür, bu gəlir ötən ilin eyni dövründə 66% səviyyəsində idi. "Facebook"un, aylıq aktiv istifadəçi sayı 14% artaraq 1,55 milyarda və gündəlik aktiv istifadəçi sayı 17% artaraq 1.01 milyarda çatıb. Böyüməyə davam edən platformanı telefon və tablet kimi mobil cihazlar üzərindən istifadə edənlərin sayı isə 824 milyondur. Bundan əlavə Facebook gündə 8 milyardı aşan video izlənmə sayı ilə bir rekorda da imza atıb.
