"ABŞ"ın texnologiya nəhəngi "Apple"ın çıxaracağı iOS 9.2 ilə "iPhone"lar sürətlənəcək. "iOS 9"un istifadəyə təqdim edilməsilə bəzi iPhone istifadəçilərinin şikayət etdiyi yavaşlama və donma kimi problemlər yaxın günlərdə aradan qaldırılacaq. Narazılığı sosial mediada da dilə gətirən iPhone istifadəçilərinə müjdəli xəbər gəlib.



Apple, iOS 9.2 Beta versiyasını yayımlayaraq istifadəçilərinə böyük müjdə verib. Daha əvvəldən yayımlanan iOS 9.1 versiyası ilə bir az da olsun problemləri aradan qaldıran Apple, yayımlayacağı iOS 9.2 versiyası ilə çatışmazlıqları ortadan qaldıracaq. iPhone istifadəçiləri "iOS 9.2"ni maraqla gözləyərkən, variantın nə zaman çıxacağı hələ tam olaraq bilinmir.