İsveçrəli qəhvə markası Nespresso və George Clooneyin doqquz il əvvəl başlayan ortaqlığına Danny DeVito da qatıldı. Clooney daha əvvəl Nespresso markası üçün Jean Dujardin, Matt Damon, John Malkovich və Jack Black kimi aktyorlarla kamera qarşısına keçmişdi.
Clooney markanın yeni reklam filmi üçün isə Oscar mükafatı almış aktyor Danny DeVito ilə kamera qarşısına keçdi. Clooney artıq 10 ilə yaxındır ki, Avropa ağırlıqlı olaraq yayımlanan reklam filmlərində İsveçrəli qəhvə markasının reklamlarında iştirak edir. "McCann New York" tərəfindən həyata keçirilən ilk ABŞ mərkəzli reklam filmi TV və çap məcralarda yer alacaq.
