Twitter ulduz ikonunu tərk etdi. Noyabr ayının 3-ü rəsmi blogundan xəbəri elan edən Twitter, mikroblogunun simvollarından biri halına gələn ulduzları bəyənməyə işarə edən ürəklərlə əvəz edəcəyini bildirib. Dəyişiklik Twitteri "ümumi izləyici" üçün daha aydın hala gətirməyi hədəfləyir.



Şərhində "Bir çox şeyi bəyənə bilərsiniz ancaq hər şey sizin favoriniz olamaya bilər" deyən Twitter, ürəyin universal bir simvol olduğuna toxunur. Sosial şəbəkələr dilində "bəyənmə" Facebook sayəsində milyardlarla insana xitab edən bir ünsiyyət şəklidir. Ürəklər bu gündən etibarən Twitterin iOS və Android tətbiqlərində, twitter.com, TweetDeck, Twitter Windows 10 və web səhifələrinə olan tweetlərində görünür.