Yaponiyanın paytaxtı Tokioda təşkil olunan və bütün dünyanın maraqla gözlədiyi avtomobil sərgisi "Tokyo Motor Show"da ən çox önə çıxan mövzular, süni zəka və digər yeni teknologiyalar idi. Avtomobil istehsalçılarının artıq texnologiya sahəsində bir-biriylə yarışdığıvaxtda, motosiklet istehsalçısı Yamaha qarşımıza insanabənzər bir robotla çıxdı. "Yamaha"nın "Motobot" adını verdiyi insanabənzər robotunun məqsədi motosiklet sürmək və insanlardan daha yaxşı bir rekord əldə etməkdir.



Yamaha ailəsinin ən güclü üzvlərindən "Yamaha YZR-M1"in üstünə yerləşdirilən insanabənzər robot, motosikletdə qaz, əyləc və sürət dəyişikliyi zamanı tarazlığını eynilə bir insanmış kimi nəzarətdə saxlayır. Yamaha, Motobot üçün hazırladığı təqdimat videosunda 9 dəfə MotoGP zəfəri əldə edən və özü də eyni zamanda bir Yamaha YZR-M1 sürücüsü olan Valentine Rossiyə meydan oxuyur.