XBox One kimi bir oyun konsolu tərzində imkanlar təqdim edən yeni nəsil "Apple TV" istifadəçiləri ilə görüşdü. Sensorlu pultu və "Siri" inteqrasiyası ilə diqqət çəkən Apple TV, İtunes, Netflix, Hulu, HBO, Showtimedə "Siri" ilə axtarış apara bilir. Bundan əlavə "Apple TV"nin pultunda "Siri" düyməsi yer alır. "Televizorun gələcəyi" olaraq adlandırılan yeni "Apple TV"də istifadəçilər səs ilə əmrləri verərək onlayn Apple mağazasında çox ətraflı axtarış apara bilərlər. Apple TV - Wi-Fi 802.11 ac bağlantıya, A8 prosessora və Bluetooth 4.0-a malikdir.