Dünyanın ən böyük texnologiya şirkəti olan Apple, özünün maliyyə ilinin son rübünə (İyul-Sentyabr) dair maliyyə nəticələrini açıqlayıb. Şirkətin dördüncü rüb gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artımla 51,5 milyard dollara, xalis mənfəəti isə 30 faiz artımla 11,1 milyard dollara çıxıb. Bundan başqa, "Apple"ın həmin dövrdə 1 səhmə mənfəəti 1,96 dollar olub. Proqnoz 1,88 dollar səviyyəsində idi.
Apple, 2014 maliyyə ilinin son rübündə 41,2 milyard dollar gəlir və bir səhmə 1,42 dollar olmaqla 8,5 milyard dollar xalis qazanc (mənfəət) açıqlamışdı. "ABŞ"dakı bir çox şirkət kimi "Apple"ın maliyyə ili də Oktyabr ayında başlayıb, növbəti ilin Sentyabrında başa çatır. "Apple"ın, gözləntiləri aşan balansında, bazara Sentyabr ayında çıxarılan "iPhone 6S" və "iPhone 6S Plus" satışlarının təsir göstərdiyi bildirilib. Şirkətdən bildiriblər ki, Sentyabr ayında sona çatan 4-cü rübdə satılan "iPhone"ların sayı 48 milyon 460 min ədədlə keçən ilin eyni dövrü ilə müqayisə 22 faiz artıb.