"ABŞ"da texnologiya dünyasının üç nəhəngi, Google, Microsoft və Amazon 3-cü rüb balanslarını (maliyyə nəticələrini) açıqlayıb. Analitiklərin gözləntilərindən yüksək gəlir və mənfəət açıqlayan üç şirkət investorlarını sevindirib. İnternet trafikindəki artım "Google"un mənfəətində müsbət əks olunub. "Google"un daxil olduğu "Alphabet"in üçüncü rüb gəlirləri 15,1 milyard dollara çataraq, əvvəlki dövrə nisbətən 15 faiz artıb. Bazar gözləntisi 15 milyard dollar səviyyəsində idi. Şirkətin bir səhmə mənfəəti 7,35 dollar olub və 7,20 dollarlıq gözləntini keçmişdir.
"Amazon"un sürətlə böyüyən bulud informasiya işi şirkətin mənfəətə qayıtmasını təmin edib. Ötən ilin eyni dövründə 437 milyon dollar zərər açıqlayan şirkət, bu il üçüncü rübdə 79 milyon dollar mənfəət açıqlayaraq sürpriz nəticəyə imza atıb. "Fire" telefonlarının yaratdığı məyusluğa rəğmən, şirkətin gəlirləri 23% artaraq 25,4 milyard dollara çatıb. Analitiklərin gözləntisi 24,9 milyard dollar təşkil edirdi.
Bulud texnologiyalardan istifadə edən digər bir texnologiya nəhəngi Microsoft da, analitik gözləntilərini keçməyə bacarıb. Şirkətin satış gəlirləri 21,7 milyard dollar səviyyəsində olub, gözlənti 21 milyard dollar idi. Şirkət bir səhmə 67 sent mənfəət açıqlayıb, halbuki, gözlənti 59 sent idi. "Microsoft"un bulud servisi Azure və bulud vasitəsilə satılan ofis proqramları şirkətin gəlir artımında böyük rol oynayıb. Ofis proqramlarına 3 milyon yeni abunəçi qazanan Microsoft, buradan əldə edilən gəliri 70 faiz artmışdır.