"McDonald's"ın Apple parodiyası olaraq yayımladığı əyləncəli reklam filmi, sosial mediada sürətlə yayılır. Ötən il IKEA şirkəti Apple parodiyası ilə reklam filmi yayımlamışdı. Bu il isə eyni hadisəni McDonald's təkrarladı. Buzzfeed yayımladığı McDonald's reklamı ilə "Apple"a bənzər bir göndərmə etdi. Bir neçə gün ərzində 1,5 milyondan çox izlənmə sayına çatan reklam filmində, McDonald's məhsulları Apple reklamlarındakı kimi tanıdılır. Əyləncəli reklam çarxında "Apple"ın reklamlarındakı sözləri və tərzi ilə McDonald'sın kartofları, nuggetləri və özəl hamburgeri tanıdılır.