Sosial media nəhəngi Twitter, 336 işçisini işdən çıxaracağını təsdiqləyib. Twitter tərəfindən təsdiqlənən qərar, şirkətdə qlobal işçi qüvvəsinin 8%-nin ixtisar olunacağına işarə edir. İxtisarların mühəndislik və məhsul dəyişdirmə müəssisələrinə təsir edəcəyi gözlənilir. Twitter səlahiyyətliləri, qənaət nəticəsində əldə edəcəkləri vəsaiti yenidən sərmayə qoymağı planlaşdırır. Məlumatın açıqlanması ilə, "Twitte"rin səhmləri 7% düşərək 28.74 dollara geriləyib