Dünyanın 3-cü böyük fərdi kompüter istehsalçısı Dell, məlumat toplama şirkəti "EMC"yi satın almaq üçün danışıqlar aparır. Dell şirkətinin bu satınalma üçün 40 milyard dollar maliyyə axtardığı ifadə edilir. "EMC"nin bazar dəyəri 50 milyard dollar həcmindədir. Mövzuya yaxın mənbələrə görə, bu, texnologiya sektorunda bu günə qədər görülmüş ən böyük satınalma olacaq. Daha əvvəl Avago Tehcnologies, Broadcom üçün 37 milyard dollar təklif etmişdi.