Dünyanın aparıcı axtarış mühərriklərindən biri olan Google, abcdefghijklmnopqrstuvwxyz.com domenini alıb. 1999-cu ildə yaradılan domenin 2717 dollara satıldığı bildirilir. Google bu ilin Avqustundan başlayaraq bütün bölmələrini "Alphabet" adlı şirkətin adı altında toplayır. "Alphabet" bir holdinqdir. Şirkətin internet səhifəsinin adı abc.xyz-dir.
"BMW"dən alphabet.com ünvanını ala bilməyən Google, çarəni bütün əlifbanın göründüyü abcdefghijklmnopqrstuvwxyz.com domenini almaqda tapıb. Alphabet nümayəndələri, "Abc.xyz-də bir neçə hərfin əskik olduğunu gördük və sadəcə, bu çatışmazlığı aradan qaldırmaq istədik" deyə bildiriblər. "Google"un 18 min 95 ədəd domeni var. Şirkət səhv yazılmaların qarşısını almaq üçün Googl.com və Gogle.com domenlərinin də sahibidir.