Uzun sürən bir fasilədən sonra Microsoft, "Lumia 950" və "Lumia 950 XL" telefonlarını rəsmi olaraq təqdim edib. Lumia 950 modeli 5,2 düyüm, Lumia 950 XL isə 5,7 düym ekrana malikdir. Windows 10 Mobile ilə işləyən hər iki telefon, 2560x1440 amoled ekrana, 3gb "RAM"a, 32gb yaddaş sahəsinə, enerji yığması üçün USB Type C portuna, Qi kabelsiz enerji doldurma, Qualcomm sürətli doldurma, üç LED flaşlı 20mp f/1.9 diafraqmlı arxa kameraya, 5MP ön kameraya malikdir.



Lumia 950 XL-nin 4+4 nüvəli Snapdragon 810, Lumia 950 isə 2+4 nüvəli Snapdragon 808 prossessor ilə təchiz olunub. Telefonlar müvafiq olaraq 3.300 mAh və 3.000 mAh batareya ömürünə malikdir.Hər iki cihaz da 2 "TB"a qədər microsd kartları dəstəkləyir. Hər iki telefonun cüt SIM kartlı modellərinin də olacağı bildirilib. Yeni Lumiaları rəqiblərindən ayıran ən əhəmiyyətli xüsusiyyəti, barmaq izi skaneri yerinə bir iris (Retina) skanerinin olmasıdır. Microsoft, tədbirdə daha ucuz qiymətə satılacaq Lumia 550 modelini də nümayiş etdirib. 4,7 düym 1280x720 ekrana malik bu cihazın içərisində 1,2GHz Snapdragon 210 prosessoru, 1GB "RAM"a və 8gb yaddaş sahəsi var. 5mp arxa kamerası olan telefonun ön kamerası 2mp-dir. Lumia 950 və Lumia 950 XL, müvafiq olaraq 549 dollar və 649 dollar qiymətlər ilə Noyabrda satışa təqdim ediləcək. Lumia 550 isə Dekabrda 139 dollara satışa təqdim olunacaq.